Bacımın,qardaşımın,
Dostumun, sirdaşımın
Üzünə öyrəşəntək
Öyrəşdim bu şəhərə.
Gecəsinə, gündüzünə,
Asfalt döşəməsinə, göy üzünə.
Kirəkeş qaldığım ev sahiblərinin
Ay çıxmamış qandırdığı ney üzünə.
Yaxşıların
çiçək açmış gül
üzünə.
Yamanların
şaxta vurmuş
key üzünə.
Öyrəşdim yaman.
Qorxuram kəndi unutdura mənə
Zaman-zaman.
(Sərraf Balaxan)
Hiç yorum yok:
Yorum Gönder