6 Aralık 2012 Perşembe

Müxalifət - milli mənafe və vətəndaş marağı


Müxalifət - milli mənafe və vətəndaş marağı

Hər bir siyasi təsisat öncə özü üçün müəyyən etdiyi hədəflərə çatmaqdan ötrü
siyasətin ən vacib tərkib hissəsinə - insan amilinə diqqət yetirir. Bunu biz dünyanın müxtəlif siyasi sitemlərinin praktik təzahüründə aydın müşahidə edirik. Siyasi sistem öz tərəfdarlarını toplamaq, eloktratını formalaşdırmaq üçün ayrı-ayrı yollardan və üsullardan istifadə edir.
Bu üsullar əsasən siyasi sitemin yarandığı və fəaliyyət göstərdiyi məkanda yaşayan insanların maraqlarına, mənəvi-psixoloji arzularına, maddi tələbatlarının ödənməsinə, onları narahat edən problemlərdən xilas olmaq istəklərinə bağlı olur. Bu amilləri nəzərə alan bir çox siyasi təşkilatlar – partiyalar dünya siyəsət tarixində böyük uğur qazanmışlar və vətəndaşlardan daim dəstək almışlar.
Bunu biz Yeni Azərbaycan Partiyasının timsalında görə bilərik.
Ölkəmizdə mövcud olan müxalifət partiyalarının isə bu gün sərgilədiyi siyasətdə yuxarıda qeyd edilən siyasi nəzəriyyə elementlərinin heç birinə rast gəlmirik. Bu partiyalar öz ətrafında çox az sayda insanları birləşdirərək, yalan və uydurma vədlərlə onların etimadını qazana bilmişlər. Bu az sayda olan tərəfdar isə 5 milyona yaxın seçici olan bir ölkədə o partiyalara heç bir uğur gətirə bilməz.
Müxalifət partiyaları bu gün Azərbaycan vətəndaşını ancaq və ancaq seçici kimi görür. Həm də yalnız seçki ərəfəsində.
Lazım olan və imkanları olduqda  belə xalqın və dövlətin maraqlarına nizamlanan, millətin istək və arzularını ifadə edən bir bəyanatla, açıqlama ilə də çıxış etməyiblər, mövqe nümayiş etdirməyiblər. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər zamanı dünya mətbuatına çıxış imkanı olduqda da Azərbaycan millətinin, yurd-yuvasından didərgin düşmüş yüz minlərlə insanın pozulan hüquqlarını dilə gətirməyiblər.
Azərbaycan dövlətinin, xalqının xarici dövlətlərlə münasibətlərində yaranan gərginliyi hakimiyyətin problemi kimi təqdim edərək geri çəkiliblər.
Yalnız seçkidən-seçkiyə özünü xalqa tanıdan müxalifət liderləri bu gün xalqdan dəstək umurlar. Azərbaycan vətəndaşı bu gün müxalifət partiyalarının onlara yönəlik niyyətini dərindən anlayır.
 Xalq ona yalnız seçici kimi baxan insanların məqsəd və məramını dəqiq bilir. Bunu tarix də sübut edir. 20 il müxalifətdə qalmaq, xalqdan heç bir dəstək almamaq, sahib olduqları niyyətin və yalnız hakimiyyətpərəst olmağın nəticəsidir.

Hiç yorum yok:

Yorum Gönder