23 yaşlı partiyanın nağılı
“Bu günlər müxalifət mətbuatında ən geniş yer verilən
məsələlərdən biri
də AXCP sədri Əli Kərimlinin gənclərlə görüşüdür. Bu görüşlə bağlı ərtaflı təsvirlər və fotoşəkilləri öz böyük uğurları kimi təqdim edən müxalifətin bir qanadı, həm də özü-özünü ifşa etdi. Birincisi, ona görə ki, 23 ildir ki, fəaliyyət göstərən bir siyasi partiyanın gənclərinin ən böyük toplantısı belə kiçik bir iclas salonuna sığa bilir. Bu gün Əbülfəz Elçibəyin yaratdığı və onun ideyalarını “yaşadan” bir partiyanın rəhbərliyinin 2000-ci ildə Əli Kərimlinin ələ keçirməsi və bu günə qədər olan 12 illik fəaliyyəti indi bütün şəffaflığı ilə göz qabağındadır. Bu insanlar kiçik bir iclas salonundan çıxıb, bu qədər eloktoratla Prezident seçkilərinə qatılacaq və qələbəyə də ümidləri böyükdür. Bu absurd vəziyyət onların daha böyük məğlubiyyətinə səbəb olacaqdır.

İkincisi, ora toplanan gənclərə nağıllar danışan və vədlər
verən kəs, gərək öncə keçdiyi siyasi yola bir baxsın və öz qazandığı uğurunu
onlara nümunə göstərsin. Belə bir uğur isə yoxdur. Əgər şəxsi nümunə yoxdursa,
onun danışdığı nağılların, verdiyi vədlərin təsir gücü iclas bitənə qədər olur.
Digər və ən önəmli məsələ isə budur ki, Əli Kərimli öz
çıxışında gənclərə müraciətlə belə bir ifadə işlədib: “ İndi biz bir-birimizlə yarışmalı
deyilik, bir-birimizi ifşa etməli deyilik...”. Bu
ifadə müxalifətin bütün mahiyyətini ortaya qoyur. Alternativ Müsavat
partiyasının yaradılmasından tutmuş, Müsavat və digər müxalifət partiya liderlərinin
ələ salınmasına, onlara şarjların və gülüş doğuracaq ifşaedici şeirlərin
qoşulmasına qədər bütün işlər məhz AXCP tərəfindən həyata keçirilir. Özündə
olmayan bir xüsusiyyətin digərlərindən tələb olunması isə öz mahiyyətini açmaqdır.
Əminəm ki, bu görüş daha neçə-neçə gənclərin
itirilməsinə səbəb oldu.
Azərbaycan gəncliyi dövlətinə və dövlətçiliyinə
sədaqətini hər zaman olduğu kimi bu gün də ləyaqətlə yerinə yetirir. Bizlər
inanırıq ki, bu yolda bu gün düşüncə baxımından dövlətinə, millətinə xəyanət edən,
erməni lobbisinin qazandığı uğurlara sevinən insanların vəd və yalanlarının təsdiqini
görən çox az sayda gənclər də bizimlə birgə olacaqlar.”
Çox illik düşməni olan erməni ilə masa arxasına keçən lideri dəstəkləmək hansı milli maraqlardan çıxış edir? O gənclərin sayı məhdud sayda olsa da, lider saydıqları şəxsin qohum qardaşı olsa da mən itirilmiş o gəncliyə heyfslənirəm
YanıtlaSilFilm nümayişinə getmişdim ora, təsadüfən toplantı vaxtına gedib çıxdım. "Gənc potensial" dedikləri kütlə "çeçenka" saçlı, dar şalvarlı, yayda qırmızı kəmər-makasinlə boyanan, metroda, küçədə gəyirən, eskalatorlara tüpürən, hər gördüyü qıza söz atan, küçə-bacanı öz vətəndaşından "müdafiə edib", ana-bacı söhbətləri aparan, bir sözlə, Lotu Bəxtiyar fanatları idi. Əli kərimlinin hər cümləsinə əl çalırdılar, o da sifətinə elə bir ifadə verirdi ki, sanki hər alqışdan orqazm olur. Restavrasiya tərəfdarıyam, amma bunlarla revolyusiya etmək istəyən rəhbərə baxanda qusmağım gəlir.
YanıtlaSilHades Chevalier, 4 gözlü müşahidələrin və aldığın "mənəvi həzzin" ifadəsi üçün təşəkkür edirəm :)
YanıtlaSil