Sual: “Hansı məsafə daha böyükdür: ehtirasdan
Eşqə, yoxsa ağıldan Eşqə?”
Sərraf
Balaxan: “Eşqi cismani və ruhani
olmaqla iki kateqoriyaya ayırsaq, birincidə ehtirasdan eşqə, ikincidə isə eşqdən
ağıla doğru məsafəni ölçə bilərik. Çünki bütün məsafələr səbəbdən nəticəyə
doğru ölçülür. Cismani kateqoriyada eşqi ehtiras doğurur. Ruhani kateqoriyada
isə eşq ağlı, kamilliyi doğurur. Ehtirasla yoldaş olub eşqə çatmaq üçün
getdiyin məsafənin kubu, eşqə düşüb ağıla, kamilliyə qovuşmaq üçün getdiyin
məsafənin dörddə birindən də kiçikdir.”
Bəs sizin cavabınız?
Məncə ehtiras hissi heç vaxt həqiqi eşq ola bilməz. Çünki eşq bütün varlığı ilə nəyəsə sarılmaq deməkdir, ehtiras isə müəyyən müddəti kapsayan mənadır. Yəni kiməsə vəya nəyəsə ehtirası olan insan onu əldə edən kimi ehtirası soyuyur.
YanıtlaSilMaraqlıdır qardaşım, bu da veriln sualal sənin öz düşüncəndən çıxış edərək verdiyin cavabdır. Hər kəsin öz həqiqəti var.
YanıtlaSil