1 Ağustos 2013 Perşembe



Dilimizi qorumaq – gəncliyin əsas vəzifəsi kimi

Hər bir xalqın dili həmin xalqın mövcudluğunun  əsas təminatı və kimliyinin göstəricisidir. Xalq öz varlığını tarixi ilə deyil, bu tarixi özündə ehtiva edən dili ilə sübuta yetirə bilər.
Dil kimlikdir, dil mənlikdir, dil xalqın yaratdığı ən zəngin və heç zaman bitib tükənməyən bir xəzinədir.
Dünyanın ən zəngin və ən şirin, rəvan dillərindən biri də bu gün qoruduğumuz və mümkün bəlalardan hifz etməyə çalışdığımız Azərbaycan dilidir.
Azərbaycan dili dünyanın ən gözəl söz abidələrindən olan “Kitabi-Dədə Qorqud”un dilidir, dünya tarixinə fateh adını hazdıran Şah İsmayılın dilidir, dünyaya