Dilimizi
qorumaq – gəncliyin əsas vəzifəsi kimi
Hər bir
xalqın dili həmin xalqın mövcudluğunun əsas
təminatı və kimliyinin göstəricisidir. Xalq öz varlığını tarixi ilə deyil, bu
tarixi özündə ehtiva edən dili ilə sübuta yetirə bilər.
Dil
kimlikdir, dil mənlikdir, dil xalqın yaratdığı ən zəngin və heç zaman bitib tükənməyən
bir xəzinədir.
Dünyanın
ən zəngin və ən şirin, rəvan dillərindən biri də bu gün qoruduğumuz və mümkün bəlalardan
hifz etməyə çalışdığımız Azərbaycan dilidir.
Azərbaycan
dili dünyanın ən gözəl söz abidələrindən olan “Kitabi-Dədə Qorqud”un dilidir,
dünya tarixinə fateh adını hazdıran Şah İsmayılın dilidir, dünyaya
sevgi
dastanı bəxş edən Füzulinin dilidir.
Bu gün
göz bəbəyi kimi qorunan dilimiz Ulu öndər Heydər Əliyev tərəfindən ən ali
formada qorunmağa başlanıldı. Burada həm Ulu Öndərin özünün dildən istifadədə
göstərdiyi şəxsi nümunə, həm də rəsmi sənədlər böyük rol oynadı. 1995-ci ildə
ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin ilk
Konstitusiyası ilə dövlət dilinin adı bərpa edildi. Əlifba və ana dili ilə
bağlı əsas işlər Ümummilli Lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına
əsasən gerçəkləşdi. Ulu öndər Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin
Azərbaycanının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə
olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin
fərmanla 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin
vaxtdan etibarən hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan
əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan Respublikası ərazisində
bütün idarə-müəssisələr, dövlət və qeyri-dövlət qurumları, Azərbaycan dilində
olan bütün nəşrlər latın qrafikalı əlifbaya keçdilər.
Bu gün
xalqımızın ilkin tarixindən bizlərə əmanət qalan, daim qürur duyduğumuz səvətimiz
olan ana dilimizi qorumaq bizlərin – gənclərin borcu və məsuliyyətidir. Hazırda
qarşısıalınmaz bir proses olan qloballaşmada bizim qoruyacağımız ən vacib
komponent məhz dildir. Dil milli deqredasiyanın qarşısını ala bilən əsas
faktordur. Bu mənada, gələcək zamanda bu dilin daşıyıcıları bizlər olacağıq,
bugünkü gənclik. Məhz buna görə biz öz məsuliyyətimizi dərindən dərk etməli və
vəzifəmizin öhtəsindən layiqincə gəlməyə çalışmalıyıq. Ulu Öndərin “Hər bir
xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan və inkişaf etdirən onun dilidir”
–deyimi bizim məsuliyyətimizi daha da artıran bir tezisə çevrilməli və daim
yaddaşımızda olmalıdır.
Sərraf Balaxan
YAP Gənclər Birliyi Ofisinin rəhbəri
Hiç yorum yok:
Yorum Gönder