28 Ağustos 2013 Çarşamba

Radikallardan təmizlənmə


Radikallardan təmizlənmə

Çox az bir müddətdə yaradılmasına baxmayaraq, Azərbaycanın klassik müxalifətini yerlə yeksan edən Milli Şura öz azsaylı tərəfdarlarını hələ də məyus etməkdə davam edir. Əslində bu bizim tarixi müxalifətçilərin, hakimiyyət naminə
istənilən oyuna gedənlərin öncədən duymadıqları bir oyuna çevrildi. Bir neçə ay əvvəl sədri olduğu partiyadan xəbərsiz, partiyanın ali orqanının qərarı olmadan özünün Prezidentiliyə namizədliyini irəli sürən İsa Qəmbər, bu namizədliyə böyük hazırlıq işləri görən Əli Kərimli yaradılan Şuranın qarasına getdilər və hazırki aciz duruma düşdülər.
Milli Şurada baş verən proseslər o qədər qaranlıq və sürətli oldu ki, heç öz üzvləri belə nəyin baş verdiyini anlamağa vaxt tapmadilar. Rüstəm İbrahimbəyovun və onun sözçüsü Eldar Namazovun şura üzvlərinin başına gətirdiyi oyunlar əslində gözəl bir ssenarinin oluğunu təsdiqlədi. Rüstəm İbrahimbəyovun ortaya qoyduğu yaradıcı siyasətçi obrazı baş verən proseslərdə aydın hiss edilirdi.
Milli Şuranın qurduğu bu oyunlarda cəmiyyətdə hələ də AXCP və Müsavat cütlüyünə hələ də inanan az bir kəsim üçün faydalı nəticələr ortaya qoyuldu. Bunlardan birincisi Azərbaycanda ömürlük müxalifətçiliyi, antimilliliyi qəbul etmiş Əli Kərimli və İsa Qəmbər cütlüyünün müəyyən qədər də olsa zərərsizləşdirilməsi faktı oldu. İkinci bir məsələ, bu cütlüyün zərərsizləşdirilməsi və ortalıqdan çıxarılması  onların yanında olan gənclər üçün müəyyən imkanlar yaratdı. Ən önəmlisi isə, bu oyun, ola bilsin ki, gələcəkdə Ölkəmizdə də sağlam müxalifətin yaranması üçün ilkin zəmin olsun.
Milli Şura bu gün nəhayət yıxıla-dura öz vahid namizədini elan etdi. Bu şəxs bəlkə də ssenarinin növbəti epizodik obrazıdır. Amma hər halda, radikalların istəkləri fonunda reallaşan bir obrazdır. Cəmil Həsənli çox faydalı araşdırmaların, dərsliklərin müəllifi olaraq daha güclüdür, nəinki radikal müxalifətin istəklərinin ifadəsi olan namizəd kimi.
Hələ bunu da Milli Şura oyunun sonu hesab etmirəm, ola bilsin qarşıda Azərbaycan cəmiyyətindən bu radikalların təmizlənməsi üçün daha gözəl planlar vardır.



Hiç yorum yok:

Yorum Gönder