Dünyaya "keyfiyyətli marixuana" təklif edən QARABAĞ
Azərbaycanın
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi son əməliyyatların biri Azərbaycan
Respublikası Prezidentinin dəfələrlə yüksək tribunalardan cəsarətlə
səsələndirdiyi fikri bir daha təsdiqlədi. Bu Ermənistanın işğal etdiyi tarixi
Azərbaycan torpaqlarında narkotiklərin qanunsuz yetişdirilməsi və ixracı
məsələsidir.
Cənab
Prezidenti hər dəfə bu məsələni gündəmə gətirərək dünyanın diqqətini təkcə
Qarabağ probleminə deyil, həm də bu gün oradan bütün dünyaya yayılan
ağ ölüm təhlükəsinə çəkir.
ağ ölüm təhlükəsinə çəkir.
Hazırda
Ermənistan özünün də dərindən dərk edib anladığı Qarabağın gec-tez öz sahibinə
qaytarılması həqiqətini qəbul etmişdir. Öz havadarlarının təkidi və tələbi ilə
hələ də özünə ən böyük problem olan Qarabağ məsələsini uzadan Ermənistan
hakimiyyəti o torpaqlardan yalnız cinayətkarlıq, qanunsuz qapalı zona kimi
istifadə edir.
Bu gün nəinki
Qarabağda, heç Ermənistanın özündə belə yaşamaq istəməyən ermənilər, hazırki
erməni hakimiyyətinə heç bir əlavə şans verməyiblər. Onların ölkədən, həmçinin
çox az qismin məskunlaşdığı Qarabağdan qaçması o zonanı özü bir əraziyə
çevirmişdir.
Qarabağın
sərvətlərindən, münbit torpaqlarında yalnız cinayətkar məqsəd naminə yararlanan
ermənistanın bu dünyaya ağ ölüm ixracını yaxın zamanda bütün dünya qəbul
edəcəkdir.
Məhz bu gün
Azərbaycan dövlətinin əsas məqsədi də Ermənistan kimi terrorçu, cinayətkar,
narkotik, silah biznesi ilə məşğul olan bir ölkəni dünyanın gözü qarşısında
ifşa etməkdən ibrətdir.
Milli
Təhlükəsizlik Nazirliyinin uğurlu əməliyyatı nəticəsində ələ keçirilən İran
vətəndaşının etirafı isə, mənim üçün sadəcə bir dəhşətdir : “...həmin narkotik vasitələrin
İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilərin əsasən Qarabağda
yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verir.”
Bu bir
Azərbaycanlı kimi mənim üçün çox sarsıdıcı bir ifadədir. Çünki bir zamanlar
dünyaya unikal mədəniyyət, insansevərlik, qonaqpərvərlik, musiqi, Qarabağ atı
təklif edən qızıl kimi torpaqlar indi vandal ermənilərin ixtiyarında olmaqla,
dünyaya yalnız “keyfiyyətli narkotik” təklif edir.
İndi Qarabağ
bütün dünya üçün real təhlükə zonasına çevrilib.
Dünya öz
insanını qorumaq naminə Qarabağ problemində Azərbaycanın haqq işinə dəstək
olmalıdır. Mən düşünürəm ki, bu işdə dünya dövlətlərinin, beynəlxalq
təşkilatların başqa bir seçimi yoxdur.
Hiç yorum yok:
Yorum Gönder