5 Aralık 2012 Çarşamba

postmodern REALİSTLƏR




postmodern REALİSTLƏR
(çox qısa)

         Realist əsərlər o zaman meydana çıxır ki, həmin əsərin yarandığı mühitdəki problemlər yazarı mənəvi cəhətdən məsuliyyətli olmağa çağırır. Bu məsələlərin həllinə kömək etmək istəyən yazarın həmin problemləri  oxucuya təqdim etməkdən başqa bir yolu yoxdur.
     
     Bu durum yüz il öncə də Azərbaycan ədəbiyyatında da var idi. O zaman da qələm sahibləri məhz realist üsluba böyük yer verməklə, insanları qarşılaşa biləcəyi təhlükələrdən xəbərdar edir, deqradasiyaya məruz qalmaq ehtimalı böyük olan dəyərlərin qorunması üçün çalışırdılar.
    
    Məncə belə bir narahatlıq indi də vardır, buna görə də yazılan əsərlər, yaradılan qəhrəmanlar, müəllifin özündən xəbərsiz realizmə meyillənir.
     
      Yazılan mətnlərin postmodernist əsər kimi təqdim edilməsində isə iki əsasın olduğunu deyə bilərik. Birincisi, postmodern üslubda yazılan dünya ədəbiyyatının Azərbaycana ayaq açması nəticəsində, yazarların onlardan yararlanaraq öz mətnlərinə üslubun texniki detallarını əlavə etməsi, ikincisi isə, yazarların “posmodernist” sözündən dəbdə olan, cazibədar söz kimi yararlanmaq cəhdi.

Hiç yorum yok:

Yorum Gönder