Azərbaycan gəncliyi - istək
(Qərb-Şərq)
Azərbaycan Gəncliyinin dünyaya inteqrasiyası məsələsində bir çox spektorları
- mədəniyyət, elm və digər sahələri götürmək olar. Bu sahələrin hər birinin ayrı-ayrı inkişaf yönünü və dəyəri var.
Əlbəttə, biz istəyirik ki, elm baxımından bizim gənclərimiz Avropa gəncləri kimi yüksək səviyyəli təhsil alsın, rasional düşüncə baxımından Avropalı olsunlar.
Mənəviyyat baxımından isə Azərbaycan gəncləri şərqlilər kimi dərin mənəviyyatlı və müdrük olsunlar.
Gənclərin inteqrasiyası və ümumilikdə inkişafı dedikdə biz əsasən müxtəlif aspektləri və istiqamətləri nəzərə almalıyıq. Bu gün elə aspektlər var ki, bura əsasən elmi inkişaf, gənclərin mənəvi, intellektual inkişafı və digər inkişafları aid etmək olar.
Bu gün dünyada belə bir proses - kosmopolitləşmə prosessi gedir. Belə ki, bu gün bir qism dünya insanı, xüsusən gənclik artıq öz mədəniyyətlərini unudub, mədəniyyətlərin metofizikasında olan bir mədəniyyətə yiyələnmə prosesini yaşayır.
Mən bir gənc kimi bunu Azərbaycan gənclərinə tövsiyyə etmirəm.
Gəlin, dövlət başçımız İlham Əliyevin sitatına diqqət yetirək: “Biz gəncləri milli, vətənpərvərlik ruhunda böyütməliyik”. Əlbəttə ki, milli vətənpərvərlik ruhu kosmopolit tərbiyəyə, kosmopolit mədəniyyətə müəyyən qədər zidd olan bir mədəniyyətdir.
Bu gün bizim dünyaya deyiləsi sözümüz çoxdur. Həmin sözlərin mahiyyətini haqq səsimiz təşkil edir ki, burada xalqımızın məruz qaldığı təcavüzün, soyqırımın, ədalətsizliyin dünyaya tanıdılmasından ibarətdir. Bu baxımdan da biz gənclər böyük işlər görməliyik. Hər hansı bir gənc özünə ayırdığı vaxtı xalqı, vətəni üçün dəyərləndirərsə, o, yüksək missiyaları çiynində daşıyan bir xalq qəhrəmanı olar.
Biz öz missiyamızı dərk edərək nəinki, müəyyən əlamətdar günlərdə, ümumiyyətlə, hər bir an xalqımızın qəhrəmanına çevrilə bilərik.
Uğur səninlədir, ey Azərbaycan gənci!
Hiç yorum yok:
Yorum Gönder