6 Aralık 2012 Perşembe

E V R İ K A!



E V R İ K A!

“Özünü tapmaq üçün əvvəlcə özünü itirmək lazımdır”. Əbu Turxan


Əl çatmayan, ün yetməyən, iz düşməyən bir yol tut.
Elə bu gün.
Enişinə naşı, yoxuşuna naşı ol o yolun.
Nə gəldiyi bilinsin, nə getdiyi.

     Vur özünü bu yola.
Tut ətəyindən.
Get.
Amma itirə-itirə get.
Əvvəl kağızını itir.
Sonra qələmini itir.
Daha sonra bağlamanı itir.
Su qabını itir.
Ağzının dadını itir.
Burnundakı iyləri itir.
Bu vaxt saatını itir.
Get.
Dayanma.
Sonra geyimini itir.
Daha sonra barmaqlarını itir.
Əllərini itir.
Ayaqlarını itir.
Mədəni itir.
Ağciyərini itir.
Nəfəsini itir.
Nəfsini itir.
Gözlərini itir.
Yaddaşını itir.
Fikirlərini itir.
Dünənin yox, sabahın yox, bu gününü itir.
-         Eşidirsənmi səsi?
-         ...
-         İndi qulaqlarını itir.
-         Eşidirsənmi yenə?
-         ...
-         Onda bürün bu səsə. Bu səs sənsən. Özünsən. Tapdığını itirmə. İtirdiklərini axtara-axtara, tapa-tapa qayıt. Qayıt. Özünü axtaranlara yol göstər!

Hiç yorum yok:

Yorum Gönder