6 Eylül 2019 Cuma

Haykular



Haykular
 

Şəhər haykuları

Qaş qaralır 28-də.
Kirli göyərçin enir
Cəfərin çiynindən ağuşuna.

Rozmarin ətrli bağça.
Fəvvarədə vurnuxur
Xançinarın yarpağı.

Qaldırım. Xəzəl.
Qubernatorun ruhu çıxır
Filarmoniyanın bacalarından.

Adamlar gəlir.
Beşmərtəbələrin başı mansardlanır,
Papaxlanır Bakı.

İnsan sürtülür küçədə,
Bozarır. Bərq vurur,
Üzü gedir suyun şəlalədə.

Kənd haykuları

Çörək. Kişilik.
Atamın köynəyin geyib
Anam təndir salır.

Qış tez gəldi,
Çəkməmdə mürgü döyən,
Anac qurbağanı oyadırıq.

Pişiyimizi azdırırıq.
Süd qazanındakı
Siçanlar boğulur qəhərdən.

Kənd. Zaman ləngiyir.
İndi öldürdüyü daşı da
əqrəbindən asırıq saatımızın.

Günəş gülür,
Pıçıldaşır kollar –
Diş ağardır pambıq qozası.
                                                          Sərraf  Balaxan

28 Nisan 2014 Pazartesi

Ana dili
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.  
Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.  
Hər bir xalq öz dili ilə yaranır.
Heydər Əliyev
Azərbaycan Respublikasının doqquz milyonluq əhalisinin (2010) gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.
Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.
Azərbaycan dili genealoji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.
Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.
Bu qüruru yaşamaq bizim haqqımızdır. Prezidentimiz Cənab İlham Əliyev bu addımı ilə Türk birliyini dünyaya nümayiş etdirdi.

25 Ekim 2013 Cuma

Milli Şuradan nə çıxaracaqlar?


Demokratik Qüvvələrin Milli Şurası kimi pafos dolu adı olan bir qurumun birbaşa seçkidə iştirak və xəyallarında olan qalibiyyəti reallaşdırmaq məqsədi ilə yaratdıqları artıq gerçəklikdir. Baxmayaraq ki, bu birliyi yaradarkən onlar davamlı şəkildə demokratiləşmə, insan

19 Ekim 2013 Cumartesi

Cənab İlham Əliyev xalqa, dövlətə sədaqət andı içdi




Azərbaycan Respublikasının Konstitusiyasının birinci maddəsinin birinci bəndində vurğulanan “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” sözləri ölkəmizin ən ali qanununda xalqın iradəsinə verilən önəmin göstəricisidir.  Azərbaycan xalqı bu müstəsna səlahiyyətindən istifadə edərək bu dəfəki Prezident seçkilərində də öz qətiyyətini və iradəsini ortaya qoyaraq, ölkəmizdə görülən işlərə, əldə edilən uğurlara, beynəlxalq nailiyyətlərə davam dedi. Xalq 10 ildir ki, Azərbaycana ləyaqətlə xidmət edən cənab İlham Əliyevə böyük etimad göstərdi.

26 Eylül 2013 Perşembe

İlham Əliyev və ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu – 10 il



İlham Əliyev və ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu – 10 il

Cəmiyyətin inkişafının nəticəsi olaraq formalaşan dövlət özü də zaman və əhatə etdiyi toplumun təşəkkülü baxımından daha da təkmilləşir. Dövlət daha köklü və daha dərin məvfum olaraq öz-özünü toplumun ehtiyacları baxımından mükəmməlləşdirir.
Öncə təhlükəsizliyin təmin olunması (ərazi, ərzaq, enerji, nəqliyyat və s. təhlükəsizliyi) dövlət üçün əsas şərtdir. Təminatlı dövlətin ikinci ən böyük ehtiyacı vətəndaş cəmiyyətini formalaşdırmaq,

28 Ağustos 2013 Çarşamba

Radikallardan təmizlənmə


Radikallardan təmizlənmə

Çox az bir müddətdə yaradılmasına baxmayaraq, Azərbaycanın klassik müxalifətini yerlə yeksan edən Milli Şura öz azsaylı tərəfdarlarını hələ də məyus etməkdə davam edir. Əslində bu bizim tarixi müxalifətçilərin, hakimiyyət naminə

1 Ağustos 2013 Perşembe



Dilimizi qorumaq – gəncliyin əsas vəzifəsi kimi

Hər bir xalqın dili həmin xalqın mövcudluğunun  əsas təminatı və kimliyinin göstəricisidir. Xalq öz varlığını tarixi ilə deyil, bu tarixi özündə ehtiva edən dili ilə sübuta yetirə bilər.
Dil kimlikdir, dil mənlikdir, dil xalqın yaratdığı ən zəngin və heç zaman bitib tükənməyən bir xəzinədir.
Dünyanın ən zəngin və ən şirin, rəvan dillərindən biri də bu gün qoruduğumuz və mümkün bəlalardan hifz etməyə çalışdığımız Azərbaycan dilidir.
Azərbaycan dili dünyanın ən gözəl söz abidələrindən olan “Kitabi-Dədə Qorqud”un dilidir, dünya tarixinə fateh adını hazdıran Şah İsmayılın dilidir, dünyaya

14 Haziran 2013 Cuma

Dünyaya "keyfiyyətli marixuana" təklif edən QARABAĞ


Dünyaya "keyfiyyətli marixuana" təklif edən QARABAĞ

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi son əməliyyatların biri Azərbaycan Respublikası Prezidentinin dəfələrlə yüksək tribunalardan cəsarətlə səsələndirdiyi fikri bir daha təsdiqlədi. Bu Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında narkotiklərin qanunsuz yetişdirilməsi və ixracı məsələsidir.
Cənab Prezidenti hər dəfə bu məsələni gündəmə gətirərək dünyanın diqqətini təkcə Qarabağ probleminə deyil, həm də bu gün oradan bütün dünyaya yayılan

6 Haziran 2013 Perşembe

“Azərbaycan-Türkiyə mənəvi birliyinin simvolu – aşıq-ozan sənəti”


“Azərbaycan-Türkiyə mənəvi birliyinin simvolu – aşıq-ozan sənəti”

Bu gün dünyada qloballaşma, sərhədsizləşmə prosesi ilə paralel addımlayan, lakin onlara nisbətən daha görünməz olan bir proses də vardır. Bu dünya xalqlarının sahib olduğu oxşar və bəzən də tamailə eyni dəyər müstəvisində mənəvi bağlanma, yeni sərhədlər cızma prosesidir.
Möhtəşəm tarixi keçmişə malik olan Azərbaycan və Türkiyə

DOĞMA QARABAĞIM


DOĞMA QARABAĞIM

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu Qarbağ həqiqətlərinin dünyaya çatdırılması, yurd-yuvasından qaçqın düşmüş gənclərin problemlərinin həlli istiqamətində bir çox layihələrə dəstək olmuşdur.
Belə layihələrin növbətisi “Doğma Qarabağım” gənclərin

29 Mayıs 2013 Çarşamba

Müxalifət daha bir ölü körpə dünyaya gətirdi


Müxalifət daha bir ölü körpə dünyaya gətirdi

"Demkonqres", "SİDSUH", "DUH", "DUBB", "Birləşmiş Müxalifət Hərəkatı (BMH), "5-lər", "Azadlıq" Seçki (sonradan Siyasi) Bloku, "Bizim Azərbaycan" Seçki (sonradan Siyasi) Bloku, "ATA", "YES", "İctimai Palata" , "Demokratik Qüvvələrin Məşvərət Məclisi", "EL" və nəhayət tezbazar ərsəyə gətirilən Demokratik Qüvvələrin Milli Şurası. Bunlar Azərbaycanda mövcud olan müxaliflətin 20 ilə

3 Mayıs 2013 Cuma

Sapı özümüzdəndir...


Sapı özümüzdəndir...


Bu gün sapı özümüzdən olan və dünya miqyasında kifayət qədər tanınan insanlar da vardır ki, hansısa maraqlara qurban gedərək öz dövlətində təkcə xalqı təmsil edən şəxsə - Prezidentə deyil, hətta öz dövətinə, millətinə belə müxalif mövqedə dayanırlar.
İkinci və ən böyük təəssüf isə budur ki, bu insanlar Azərbaycan xalqının tarixi və hazırda da ən böyük düşməni olan ermənilərlə Azərbaycana qarşı kompaniyalarda əlbirdirlər. Bu artıq öz millətinə

26 Nisan 2013 Cuma

Hər bir xəyanətkarın qarşısında biz varıq - Azərbaycan var!


Hər bir xəyanətkarın qarşısında biz varıq - Azərbaycan var!

Dünya dövlətlərində iqtisadi, siyasi, sosil və hətta mədəni-əxlaqi böhranın yaşandığı bir məqamda həm siyasi, həm də iqtisadi cəhətdən böyük uğurlara

19 Nisan 2013 Cuma

Anti-Hökumət Təşkilatları



Anti-Hökumət Təşkilatları

Müasir zamanın formalaşdırdığı cəmiyyətdə insanın qarşılaşdığı problemlərin həlli ilə yüzlərlə təsisatlar məşğul olurlar. 
Onların biri də Azərbaycan üçün Qərbə baxanda

16 Nisan 2013 Salı

Bəyanat ayı


Bəyanat ayı

Bu gün ölkə gündəmində baş verən irili-xırdalı bütün hadisələrlə bağlı hər kəs öz düşüncəsindən irəli