29 Mayıs 2013 Çarşamba

Müxalifət daha bir ölü körpə dünyaya gətirdi


Müxalifət daha bir ölü körpə dünyaya gətirdi

"Demkonqres", "SİDSUH", "DUH", "DUBB", "Birləşmiş Müxalifət Hərəkatı (BMH), "5-lər", "Azadlıq" Seçki (sonradan Siyasi) Bloku, "Bizim Azərbaycan" Seçki (sonradan Siyasi) Bloku, "ATA", "YES", "İctimai Palata" , "Demokratik Qüvvələrin Məşvərət Məclisi", "EL" və nəhayət tezbazar ərsəyə gətirilən Demokratik Qüvvələrin Milli Şurası. Bunlar Azərbaycanda mövcud olan müxaliflətin 20 ilə
yaxın bir müddətdə yaratdıqları birliklərdir. Hər birinin yaranması seçki ərəfəsinə təsüdüf edir, elə məhv olması da seçkidən az sonra baş verir. Təbii bu birliklərin yaranmasında üçüncü əlin olması istisna edilməməlidir, amma bunlara baxmayaraq onlar heç zaman Azərbaycan xalqının iradəsinə təsir edə bilməyiblər.
 Bu insanlar indi də tarixin şərəfli bir anından – 95 il əvvəl yazılan şanlı Azərbaycan tarixindən öz çirkin niyyətləri naminə yararlanmaq istədilər. Özləri bunu bacardıqlarını etiraf edirlər, indi viran qalmış İctimai Palatanı yaradanda dedikləri sözləri yenə təkrarlayırlar.
Lakin belə bir Şuranın yaranma mexanizminə və son qərarın verilməsinə diqqət çəksək, hər şeyin ortada olduğunu görərik. İlk növbədə belə bir birliyin Azərbaycanda öz maraqları olan kənar bir qüvvənin diktəsi ilə yaradıldığı, öncədən dedikləri sözün üstündə durmaq xatirinə son qərın gecənin bir aləmində verilməsi, tələskənlik və xaotiklik bu birliyin gələcək taleyini sual altına alır. Hələ tərkibi dəqiqləşməyən, bəyannaməsi olmayan, ancaq bir addan ibarət olan qurumun yaradılması nədən belə tezbazar oldu görəsən? Bu sualın bircə cavabı var- orada bir ad altında birləşən insanların arasında böyük problemlər, barışmazlıq və bir-birinə heç zaman güzəştə getməmək prinsipi vardır.
Milli Şura İctimai palata və EL hərəkatından ibarət olan birlikdir. Hər iki qurumda kifayət qədər ziddiyyətli fikirlər və özünü lider hesab edənlər vardır. Bu səbəbdən də mən belə bir Şuranın uzun müddət yaşayacağına və hələ də dəqiqləşməyən istiqamətdə fəaliyyət göstərəcəyinə ümid etmirəm. Bu birliyin də aqibəti özündən əvvəlkilər kimi olacaqdır. Hər hansı bir təşkilatda Əli Kərimli və İsa Qəmbər, hələ üstəlik Eldar amazov varsa, o təşkilatda nə vahid fikir, nə vahid qərar, nə də uğurlu nəticə ola bilər. Çünki bu insanlar ən xırda detalı belə bir-birinə güzəşt etməzlər.
Azərbaycan xalqı öz iradəsində qətidir və dönməzdir. Xalq yaradılan təsisatlara və verilən vədlərə deyil, görülən işlərə dəyər verir və onu qiymətləndirir. Düşünürəm ki, yeni yaradılan bu birliyin haqqında da qərarı Azərbaycan xalqı növbəti Prezident seçkilərində verəcəkdir. Onlara göstərilən etimadsızlıq həm yeni yaratdıqları bu birliyin, həm də köhnəlmiş müxalitəmizin sonu olacaqdır.

Hiç yorum yok:

Yorum Gönder