Sapı özümüzdəndir...
Bu gün sapı özümüzdən olan və dünya miqyasında kifayət qədər tanınan insanlar da vardır ki, hansısa maraqlara qurban gedərək öz dövlətində təkcə xalqı təmsil edən şəxsə - Prezidentə deyil, hətta öz dövətinə, millətinə belə müxalif mövqedə dayanırlar.
İkinci və ən böyük təəssüf isə budur ki, bu insanlar Azərbaycan xalqının tarixi və hazırda da ən böyük düşməni olan ermənilərlə Azərbaycana qarşı kompaniyalarda əlbirdirlər. Bu artıq öz millətinə
və xalqına xəyanətdir.
Bu xəyanətkar mövqeni tutan insanların dəstəkçisi isə bizim dövlətə və millətə müxalif olan müxalifətimizdir. Onlar artıq şeytanla əlbir olduqlarını gizlədə bilmirlər. Bu tam çılpaqlığı ilə ortadadır. Bir müddət bundan öncə Əkrəm Əylislini dəstəkləmək üçün danışmaq istədilər, amma xalqdan qorxaraq susdular və bu susqunluqları da onlara baha başa gəldiyindən məcbur olub danışdılar, amma konkret mövqe ortaya qoymadılar. Baş verən bu hadisə onların hakimiyyətə gəlmək arzularının, çılğın bir ehtiras olduğunu və hakimiyyəti əldə etmək üçün hətta erməninin köməyindən belə yararlana biləcəklərini isbatladı.
Hazırda Azərbaycan dövlətinə, xalqın mənsub olduğu maddi və mənəvi sərvətlərə, əraziyə belə ermənipərəst yanaşma sərgiləyən Rüstəm İbrahimbəyova olan gizli sevgiləri də onların dolayı yolla ermənilərlə istənilən zaman iş birliyi quracaqlarına işarədir. Onlar bəlkə də, Rüstəm İbrahimbəyovun bu erməni sevgisindən üzdə məyus oldular, amma daxilən buna da hazırdırlar. Çünki yeganə məqsədləri hakimiyyəti nə yolla olursa-olsun ələ keçirməkdir.
Bu sadə məntiq qanunudur, əgər sən düşmənin dostunu dəstəkləyirsənsə, demək düşməni də dəstəkləyirsən.
Vətənə, millətə xəyanətin daha başqa formaları da var, amma bizim müxalifət məncə ən iyrənc yolu tutubdur. Bu yol onları 20 ildir ki, insan yaşamayan bir səhrada gəzdirir. Bu gedişlə hələ də gəzməkdə davam edəcəklər, ta düşüncələrini dəyişənə, xalqın istək və arzularını ifadə edənə qədər.
Sərraf Balaxan
Hiç yorum yok:
Yorum Gönder