25 Ekim 2013 Cuma

Milli Şuradan nə çıxaracaqlar?


Demokratik Qüvvələrin Milli Şurası kimi pafos dolu adı olan bir qurumun birbaşa seçkidə iştirak və xəyallarında olan qalibiyyəti reallaşdırmaq məqsədi ilə yaratdıqları artıq gerçəklikdir. Baxmayaraq ki, bu birliyi yaradarkən onlar davamlı şəkildə demokratiləşmə, insan
haqları, vətəndaşların vəziyyəti ilə bağlı işlər görəcəyini bəyan etmişdilər. Seçki bitdikdən sonra Milli Şurada baş verən fikir ayrılıqları ümidlərin puç olduğunun göstəricisi oldu. Artıq 10-dan artıq şəxs Milli Şurada təmsil onunmaqdan imtina emişlər. O şəxslər qurumun formalaşmasında heç də az rol oynamayıblar. Lalə Şövkət, Asəf Quliyev, Zəminə Dünyamalıyeva, Solmaz Hüseynova, İlham Hüseyn, Mövsüm Səmədov, Elçin Manafov, Gülnarə Qurbanova və digər şəxslərin hər birinin öz maraqları və öz ambisiyaları var. Məncə onların Milli Şuradan ayrılmasının əsas səbəblərindən biri daxildə həmfikirliyin olmaması, şuranın şərti xarakterliliyi, şuranın əsas fiqurları olan İsa Qəmbər və Əli Kərimlinin bir-birinə olan qeyri-səmimi münasibəti, Cəmil Həsənlinin  isə sonuncu Avropa turnesindən əliboş dönməsidir.
Şuradan ayrılan bu şəxslər bu addımları ilə öz nüfuzlarını qorumaq və xaotik çoxluğun içərisində itib-batmamaq istəyklərini ortaya qoyurlar. 
Milli Şuradan ayrılan bu şəxslərin yenidən təşkilatlanması ehtimalı yüksəkdir. Çünki onlar Milli Şuranı öz şəxsi maraqları üzərində mobilizasiya edən İsa Qəmbər və Əli Kərimli çütlüyünün özlərini bununla da bitirdiklərini yaxşı anlayırlar. İndi bu şəxslərin öz partiyalarının qurultaylarını keçirib yerlərini daha mütərəqqi gəncliyə vermək zamanıdır. Belə bir məqamda yeni müxalifətin yaranmasına həm ehtiyac var, həm də bu zəruridir.
Lakin mənim fikrimcə, istənilən halda ənənəvi müxalifətdə təmsil olunan istənilən şəxsin və şəxslərin yaradacaqları birlik səmərəsiz olacaqdır. Çünki onlar yalnız adı dəyişirlər, forma və məzmun övvəlki olur. Bununla isə heç bir uğura nail olmaq mümkün deyil.
9 Oktyabr tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində xalqın iradəsi bunu göstərdi ki, xalq daha bu köhnə təfəkkürlü insanlara deyil, proqressiv düşüncəli Liderə, konkret görülən işə dəyər verir.
Sərraf Balaxan 
YAP Gənclər Birliyi Ofisinin rəhbəri

Hiç yorum yok:

Yorum Gönder