19 Ekim 2013 Cumartesi

Cənab İlham Əliyev xalqa, dövlətə sədaqət andı içdi




Azərbaycan Respublikasının Konstitusiyasının birinci maddəsinin birinci bəndində vurğulanan “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” sözləri ölkəmizin ən ali qanununda xalqın iradəsinə verilən önəmin göstəricisidir.  Azərbaycan xalqı bu müstəsna səlahiyyətindən istifadə edərək bu dəfəki Prezident seçkilərində də öz qətiyyətini və iradəsini ortaya qoyaraq, ölkəmizdə görülən işlərə, əldə edilən uğurlara, beynəlxalq nailiyyətlərə davam dedi. Xalq 10 ildir ki, Azərbaycana ləyaqətlə xidmət edən cənab İlham Əliyevə böyük etimad göstərdi.
Bununla xalqımız həm də Ulu Öndər Heydər Əliyevin milli siyasət strategiyasına, Azərbaycançılıq məfkurəsinə ehtiramını ifadə etdi.
Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi keçirilən seçkilərin nəticələri ilə bağlı dəyişməz qərar qəbul etdi. Bu qərar təkcə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi təsdiqlənməsi deyil, həm də xalqın iradəsinə hörmətin göstəricisi, Azərbaycanın gələcək uğurlarına olan inamın ifadəsi idi.
Məhkəmənin verdiyi qərardan sonra möhtərəm cənab İlham Əliyev Azərbaycan xalqı və dünya ictimaiyyətinin nümayəndələri qarşısında növbəti dəfə and içdi. 10 il bundan öncə cənab İlham Əliyev Prezident səlahiyyətlərinin icrasına başlamaqla bağlı and içərkən hər bir Azərbaycanlının prezidenti olacağına, Azərbaycanı daha böyük uğurlara aparacağına söz vermişdi.
Bu gün deyilən sözlər, verilən vədlər hər biri reallaşmışdır. Azərbaycan dövləti bütün sahələrdə öz gücünü artırmış, həm daxili, həm də xarici siyasətdə, beynəlxalq aləmdə misilsiz uğurlar qazanmışdır.
Mən bir gənc kimi, əminəm ki, cənab İlham Əliyev növbəti 5 ildə də ölkəmizə uğurla rəhbərlik edəcək, xalqımızı dünyanın ən uca kürsülərində ləyaqətlə və şərəflə təmsil edəcəkdir. Azərbaycanı qarşıdakı 5 ildə böyük uğurlar gözləyir, böyük qələbələr gözləyir. Biz bu qələbələrə təkcə şahidlik etməyəcəyik, həm də onların qazanılmasında cənab İlham Əliyevin ən yaxın dəstəkçisi olacayıq.
Atdığımız hər bir addımda cənab İlham Əliyevin biz gənclərə olan inam və etimadını doğrultmağa çalışacayıq!
Prezident seçkilərində qazanılan bu qələbəni bütün Azərbaycan xalqının qələbəsi hesab edirəm, Möhtərəm cənab İlham Əliyevə növbəti Prezidentliyi müddətində uğurlar, nailiyyətlər arzulayıram və atılan hər bir addımda cənab Prezidentə biz gənclərin dəstək verəcəyini, Azərbaycanın bayrağını ucalarda tutmaq üçün əlimizdən gələni əsirgəməyəcəyimizi ifadə edirəm.

Sərraf Balaxan 
YAP Gənclər Birliyi Ofisinin rəhbəri

2 yorum: