19 Nisan 2013 Cuma

Anti-Hökumət Təşkilatları



Anti-Hökumət Təşkilatları

Müasir zamanın formalaşdırdığı cəmiyyətdə insanın qarşılaşdığı problemlərin həlli ilə yüzlərlə təsisatlar məşğul olurlar. 
Onların biri də Azərbaycan üçün Qərbə baxanda
yeni olan vətəndaş cəmiyyəti institutlarıdır. Azərbaycanda bu kateqoriyadan olan təsisatlar dövlətimizin dünya birliyinə inteqrasiyası prosesində götürdüyü öhtəliklərin nəticəsində yaranmağa başladı. Bu proses Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi zamanda daha ümumi bir hal aldı və QHTlərin yaranması prosesi daha da sürətləndi. Son dövrlərdə isə bu tipli təsisatların daha da genişləndirilməsi və onların fəaliyyəti üçün Azərbaycan dövləti münbit şərait yaratdı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ölkəmizdə bu sektorun inkişafı üçün ən böyük töhfə oldu.
Azərbaycanda QHT fəaliyyəti qanunla tənzimlənir. Bu qanuna əsasən onların məşğul olacaqları istiqamət ancaq ictimai və sosial sahəni əhatə etməldir. Ölkəmizdə bu istiqamətlərdə fəaliyyət göstərən, vətəndaşların problemlərinin həlli, onların maarifləndirilməsi üçün layihələr həyata keçirən çoxlu sayda təşkilatlar vardır.
Lakin bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycanda hüquqi statusu QHT olan, lakin fəaliyyətində siyasiləşdiyi açıq-aydın müşahidə edilən təşkilatlar da vardır. Bunların əksəriyyəti hazırda Azərbaycanda hakimiyyətə deyil, dövlətçiliyə qarşı müxalifətdə olan partiyaların əlaltıları kimi fəaliyyətdədirlər. 
Onlar da kölgəsi olduqları müxalif partiyalarının məqsəd və məramlarını əldə rəhbər tutaraq özlərini insan haqlarının müdafiə edən təşkilatlar kimi təqdim edirlər. 
Mən deyərdim ki, əsas işləri xarici donorlardan aldıqları qrantları öz şəxsi məqsədləri naminə xərcləməkdən ibarətdir. Bu təşkilatlar əgər insan haqlarının qorunması ilə məşğul olurlarsa, indiyə qədər niyə yaşamaq hüquqları işğalçı Ermənistan dövləti tərəfindən pozulmuş, yaxınları qəddarlıqla qətlə yetirilmiş bir milyondan artıq vətəndaşımızın pozulan hüquqları haqqında bir toplantı keçirməyiblər? Onların haqlı şikayətlərini Beynəlxalq Məhkəmələrə çıxarmayıblar?
Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun 22 maddəsində qeyd edilir ki, “Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan, ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.
Kənardan baxanda müxalifət partiyalarına xidmət edən bu QHTlərin qanuna zidd fəaliyyət göstərmədiyini görürsən, lakin gördükləri işin Azərbaycan üçün nəticələrinə baxdıqda tamam başqa mənzərə yaranır. Bunların pozulmuş insan haqları, siyasi məhbus məsələləri ilə bağlı qaldırdıqları məsələlər öz donorları tərəfindən xarici mətbuata ötürülərək dövlətimizin haqqında mənfi imic formalaşmasına yardım edir. Dolayısı ilə bu təşkilatlar öz fəaliyyətləri ilə hakimiyyətin deyil, Azərbaycan dövlətinin adına qarayaxma kompaniyasına qoşularaq pul qazanırlar. Hələ bu qəhrəmanlıqlarına görə mükafatlar da alırlar.     
Müxalifətin kölgəsi olan belə QHTlərin fəaliyyətini izləyərkən məlum olur ki, onlar əslində ictimai deyil, siyasiləşmiş institutlardır. Bu təşkilatlar Qeyri-Hökumət Təşkilatı olmaqdan daha çox, Anti-Hökumət Təşkilatlarıdır.

Hiç yorum yok:

Yorum Gönder