8 Nisan 2013 Pazartesi

2013 nəsdir, "Müsavat", bəsdir!


2013 nəsdir, "Müsavat", bəsdir!

Hazırda ölkəmizdə özünü müxalif partiya adlandıraraq fəaliyyət göstərən “Müsavat” Partiyası İsa Qəmbərin bəlli olmayan niyyətlərini, hakimiyyət hərisliyini həyata keçirmək üçün yaşadılan bir alətdir.  Özünü 100 illik
“Müsavat” Partiyasının varisi adlandırmağa heç bir haqqı çatmır.
20 ildir ki xalqın göstərdiyi etimadsızlıqdan heç bir nəticə çıxarmadan yenə köhnə üsulları və bəyanatları ilə yollarına davam edirlər. Hər dəfə eyni adamlar bir yerə toplanır, İsa Qəmbər ölkəmizin 20 ildə bir addım da olsun qabağa getmədiyi haqda uydurduğu  nağıllarını danışır, şirin vədlər verir.  Bu toplantılarda iştirak edənlər orada yaradılan zülmət fondan yorularaq yuxlayırlar.
Çox maraqlıdır ki, hər dəfə də toplantıya bir rayonun adını qoyurlar. Təbii ki, hər bir rayonda dövlətdən, hakimiyyətdən narazı insanlar ola bilər, bu normal haldır. Hətta başqa düşüncəyə sahib insanlar da vardır, görülən işlərin başqa mexanizmlərlə icrasını istəyirlər.  Amma o insanlar son illərdə görülən işləri, həll edilən müəyyən problemləri də dilə gətirirlər.
Amma “Müsavat” və digər bəzi partiyaların toplantılarında ancaq problemlər qabardılır, bunların içində ən əsası da Qarabağ məsələsidir. Son görüşlərində də bu məsələ vurğulanıb və qeyd edilib ki, 20 ildir bir qarış torpaq belə geri qaytarılmayıb. Sanki bu söz heç vaxt deyilməyib. Bu dəfələrlə ən yüksək tribunalarda belə Cənab Prezident tərəfindən diqqətə çatdırılıb. Azərbaycan bu istiqamətdə apardığı mübarizədən bir addım da olsun geri çəkilməyib.
Lakin İsa Qəmbərin danışığında elə hiss olunur ki, sanki o, torpaqların qaytarılma mexanizmini bilir, amma bunu özü hakimiyyətə gələndən sonra edəcək. Sonra da milli maraqdan, dövlətçilikdən dəm vururlar.
Bu gün bu partiyanın fəaliyyət və istəklərinə diqqət etdikdə onlar heç fəqrinə belə varmadan “Ərəb baharı” adlı “demokratiya müjdəli” terroru dəstəkləyirlər. Sanki Azərbaycan da da belə bir inqilabın, əslində isə xüsusi missiya yerinə yetirən qrupun xalqın qırğınına səbəb olacaq fəaliyyətini çox arzulayırlar. Bu gün inqilabın baş verdiyi ölkələrin heç birində xalq inqilabdan əvvəlki sosial rifahına belə nail ola bilməmişdir. Heç dedikləri demokratiyanın dadını belə duymamışdır.
Bu gün dünyada gizli əllərin törətdiyi bu inqilabların xalq üçün heç bir əhəmiyyətinin olmaması göz önündədir, sadəcə gizli niyyətlər vardır və həyata keçən də onlardır. Hakimiyyət deyil, millət və dövlət üçün çalışan bir siyasi təşkilat bu ssennarini arzulamaqla xalqına fəlakətdən başqa bir şey arzulamır.
“Musavat”ın 20 ildə səsləndirdikləri heç bir fikir xalq tərəfindən dəyərləndirilməyib. Xalq onları çox yaxşı tanıdığından hər dəfə etimadsızlıq göstərib. Mənim fikrimcə, “Musavat” Partiyası hazırda öz Nizamnaməsində olan bəndlərdən yalnız birinə əməl edir, bu da seçkilərdə iştirakdır. Xalqa isə əməli fəaliyyət lazımdır, sosial təminat lazımdır. Bunlar isə hazırda Azərbaycan dövləti, hökuməti tərəfindən həyata keçirilən sosial proqramlarla reallaşır.

Hiç yorum yok:

Yorum Gönder