AZƏRBAYCAN DAVOSU-u
Bu ilin əvvəlində Azərbaycanın mütəmadi şəkildə, ən
yüksək səviyyədə qatıldığı Davosda keçirilən növbəti Dünya İqtisadi Forumunda ölkəmiz
üçün çox böyük əhəmiyyətə malik olan ümumi bir
razılıq da əldə edildi. Bu razılığa
əsasən aprel ayının birinci ongünlüyündə Davos Dünya İqtisadi Forumu ölkəmizdə keçiriləcəkdir.
Dünya ictimaiyyətinin, iqtisadçı ekspertlərin böyük
maraqla izlədiyi Davos Forumuna əsasən dünyada tanınan biznes adamları,
biznes kompaniyalar, siyasi liderlər, görkəmli ziyalılar və ən əsası müasir
zaman üçün böyük gücə malik olan aparıcı jurnalistlər dəvət edilirlər. Belə bir
tərdbirin ölkəmizdə keçirilməsi dövlətimizin müəyyən etdiyi gələcək inkişaf məqsədlərinə
böyük tövhə verəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyev çıxışlarının birində
qeyd etmişdir ki, “Bizim əsas məqsədimiz güclü,
dayanıqlı, uzunmüddətli iqtisadi inkişafı təmin etmək, insanların rifah halını
yaxşılaşdırmaq, Azərbaycanda sosial məsələlərin həlli üçün bütün lazımi tədbirləri
görməkdir. ”
Bu məqsədlərə nail olmaq üçün təbii ki, dayanmadan
çalışmaq, dünyanın və əsas investorların diqqətini Azərbaycana yönəltmək
lazımdır. Bunun üçün kifayət qədər əsaslar da vardır. Belə ki, bu gün ölkəmiz
dünya dövlətləri arasında sabit kredit reytinqinə malik olan dövlətdir,
etibarlı məkandır.
Azərbaycanın bütün sprektrlərdə dünyaya inteqrasiya
olunması üçün belə beynəlxalq forumların böyük əhəmiyyəti həm də ondadır ki, Azərbaycan
təkcə regionun deyil, Avropanın və dünyanın ayrılmaz bir parçası olmaq gücünü
ortaya qoyur.
Azərbaycan Davosu təkçə Cənubi Qafqazın deyil, Orta
Asiyanın da gələcək iqtisadi ikişafı üçün böyük imkanlar aça biləcək. Bu
regionların Qərbə daha sürətli iqtisadi inteqrasiyasına səbəb olacaqdır.
Yanvar
ayında keçirilmiş Forumda bütün diqqətlər əsasən dünya iqtisadiyyatının inkişafı, davamlı
iqtisadiyyat, beynəlxalq maliyyə sisteminin stabilliyinin əldə edilməsi, enerji
təhlükəsizliyi, ekoloji və sağlamlıq problemlərinin həllinə yönəlmişdi. Azərbaycanda
keçiriləcək növbəti Forumda isə əsas istiqamət Cənubi Qafqaz və Orta Asiya ölkələrinin
gələcəyi, inteqrasiya, təhlükəsizlik, enerji layihələri və digər məsələlər
müzakirəyə çıxarılacaqdır. Bu iki mühüm regionun problemlərini əhatə edəcək bir Dünya Forumunun Azərbaycanda
keçirilməsi və bunun da Fond rəhbərliyinin təklifi əsasında dövlətimiz tərəfindən
təşkil olunması çox mühüm hadisədir.
Dövlətimizin əsas məqsədi yüksək iqtisadi inkişafa
nail olmaqla mövcud problemləri həll etmək və ölkənin davamlı inkişafını təmin
etməkdir. Hazırda ölkəmiz bu istiqamətdə Cənab Prezidentimiz İlham Əliyevin
uğurlu siyasət strategiyasına əsasən öz uğurlu yoluna davam etməkdədir. Bu
uğurun sirri Heydər Əliyevin yaratdığı milli dövlətçilik siyasətinə sədaqətdir,
bu siyasətin zamanamüvafiq davam və inkişaf etdirilməsidir.
Düşünürəm ki,
Dünya Birliyi ilə sıx əməkdaşlıq edən Ölkəmizdə mötəbər Davos Dünya İqtisadi
Forumunun keçirlməsi Azərbaycanın bütün sahələrdə qazandığı uğurlara verilən dəyərdir.
Sərraf Balaxan
http://sia.az/az/news/politics/340437
YanıtlaSil