Məsuliyyətli
gənclik – etibarlı gələcək
Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı
sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi
və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də
yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Milli Lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir.

Yalnız yetkin cəmiyyətlərdə gənclərin enerjisindən
lazımınca istifadə olunur və tez bir zamanda da bu öz uğurlu nəticələrini
doğurur. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin
qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin
formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi,
gənclərdə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin
aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə
sıx bağlı olub. Bu mənada Milli Lider Heydər Əliyevin fikirləri gənclər üçün
çıraq olmuşdur: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə
hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat
yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan
Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.
Milli liderin Azərbaycan gəncliyi ilə bağlı olan
konsepsiyasına görə hər bir gəncin müstəqil düşüncə tərzi olmalı, özünüdərk,
özünü təsdiq yaranmalıdır. “Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil
dövləti inkişaf etdirə və qoruya bilər”.
Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın
inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu
mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik
duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir.
Bu gün gənclərimiz
məhz bu zəmin əsasında ölkəmizin bütün idarəetmə stukturlarında, qrumlarda, vətəndaş
cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu
mövqedə öz məsuliyyətini dərindək dərk edir və üzərinə düşən işin öhtəsindən
layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin
sahibləndiri bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.
Hər bir
gənc kimi mən də Azərbaycan gəncliyinin vətəninə və xalqına olan xidmət amalını
yüksək dəyərləndirir və vətən, millət üçün gördüyü işlərdə hər bir gəncə uğur
diləyirəm.
Sərraf Balaxan
sbalaxan@gmail.com
Salam. Mən YAP-a üzv olmaq istəyirəm bunu necə edə bilərəm.
YanıtlaSilBu yorum yazar tarafından silindi.
YanıtlaSilSalam. Partiyaya üzv ərazi prinspi üzrə aparilir. Siz işlədiyiniz, təhsil aldığınız və ya pasport qeydiyyatında oldugunuz rayonun Partiya təşkilatına müraciət edirsiniz, 3 ədəd şəkil və şəxsiyyət vəsiqəsi ilə. Orada lazımi sənədləri doldurursunuz.
YanıtlaSil