Xocalı soyqırımına susanlar
Azərbaycanda
özünü müxalifət adlandıran və əsasən özləri üçün təşkil etdikləri adı var, özü
yox İctimai Palatada birləşən partiyaların bugünkü radikal mövqelərinin, milli
məsələlərdə belə sükuta qərq olmalarının səbəblərini öncə
bilməyimiz gərəkdir.
Məncə, buna səbəb o partiyaların və ümidini onların yalanlarına bağlamış bir
neçə insanın 20 ildir ki, siyasi səhnədə yaşadıqları davamlı məğlubiyyətləridir.
Böyük iddialar, eloktoratın iddialarla tərs mütənasibliyi, seçkiöncəsi yalan vədlər
onları həddindən artıq aqressiv etdi. Hətta onlarda dəstək almaqdıqları seçicilərə
- xalqa belə nifrət formalaşdırdı. Bunu indi bütün çılpaqlığı ilə görmək
mümkündür.
Artıq bu
insanlar hakimiyyətə deyil, xalqına, millətinə müxalifətdə olduqlarını sərgiləməkdədirlər.
Azərbaycan xalqının haqq səsini dünyaya eşitdirmək məqamında bu insanlar
susurlar, millətə həqarət edildiyi zaman bunlar susurlar, milli kimliyimizə,
dinimizə, milli təfəkkürümüzə qara yaxıldığı zaman yenə də susurlar. Bu artıq
onların xalqdan çox uzaq düşdüyünün göstəricisidir.
Bu gün
30-dan çox ölkədə dünyanın gözü qarşısında baş verən Xocalı qətliamı anılır,
erməni vəhşiliyinin qurbanları yad edilir. Bunun üçün ölkəmizdə də bütün təşkilatlar,
idarələr, müəssislər tədbirlər təşkil edir, internet aksiyalar keçirir, müxtəlif
ünvanlara müraciətlər ünvanlayırlar. Bir müddət bundan öncə Ağ Evin rəsmi
internet səhifəsində də Xocalı qətliamı ilə bağlı imzatoplama kompaniyası
keçirildi, lazım olduğundan da çox sayda imzalar toplandı. Lakin görülən bütün
bu işlərə radikal müxalifətdən heç bir dəstək gəlmədi. Sanki bu məsələlər xalq
və millət üçün deyil, hakimiyyət üçün edilir.
Hətta bu
məqamda petisiyaların imzalanması ilə bağlı sosial şəbəkələrdə antitəbliğat belə
aparırdılar.
Bütün
bunlar 20 ildir ki, onlara etibar etməyən Azərbaycan xalqına, millətimizə radikalları
daha yaxşı tanıtdı.
Mənim
fikrimcə, onların bu susqunluğuna, təəssüf doğuran sükutuna qarşı bizlər - dövlətini,
millətini sevən və daim ölkəmizin uğuru üçün çalışan gənclik artıq öz gərəkli
addımını atmışdır. Onları nə qədər dövlətə, millətə qarşı olan məsələlərdə belə
susqun olacaqlar, biz də dövlətimizin ucalığı üçün daha mübariz və daha əzmkar
olacağıq. Biz gənclərin dövlətimizə bağlılığı onların məhvini daha da tezləşdirəcək.
Müxalifətin
Xocalı qətliamı ərəfəsində də olan bu sükutuna xalq özü cavab verəcək. Xalqın
öz taleyini hansı şəxsə etibar etdiyini müəyyən edən məqamda atacağı addım
radikalları məhv edəcəkdir. Növbəti Prezident seçkilərində Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin xalqdan alacağı böyük dəstək bu
radikal qrupun siyasi karyersına birdəfəlik son qoyacaqdır.
Sərraf Hüseynov
Hiç yorum yok:
Yorum Gönder