Susmaq qızıldır – müxalifətin pul qazandıran sükutu
Bir həftədir ki, ölkə ictimaiyyəti, əhli-kitab Əkrəm
Əylislinin 7 il öncə ifa etdiyi, lakin səsi indi çıxan “erməni nəğməsi”nin
sədaları
altındadır. Azərbaycanın ictimai, siyasi, elmi, mədəni həyatında böyük nüfuz və hörmət sahibi olan insanlar bu
“nəğmə”nin ifaçısını sərt şəkildə qınamışlar. Mövqelər bütün çılpaqlığı ilə
ortadadır.
Bu “erməni nəğməsi”ndə Azərbaycan xalqının və dövlətinin
böyük hörmət bəslədiyi, əsərləri sevə-sevə oxunulan bir şəxsin – Əkrəm
Əylislinin xalqımıza və düşmən erməniyə olan münasibəti ən azından dərin təəssüf doğurur.
Milli kimliyini dərindən anlayan, uzaq deyil, son 25
illik tarixini bilən hər kəs bu mətni oxuduqdan sonra Çingiz Mustafayevin “üzünü
göstər, üzünü” deyə hıçqırdığı lenti göz önünə gətirərək “nəğməkar”a “sənin ...
...” deyə ünvanlanacağından əminəm.
Bu mətndə insan faciəsi fərdi deyil, toplum
kontekstindən göstərilib. Azərbaycanlılar dili kəsilmiş qatillər kimi təqdim
edilib, o qatil ki, savaşının səbəbini anlada bilməyəcək.
İlk baxışdan müəllif aldadılmış kimi görünür. Bu bəlkə
də bizim “ola bilməz” məntiqimizin əlamətidir. Lakin sonradan verilən
açıqlamalar, “nəğməkar”ın bu vətəni qarış-qarış, insan-insan, söz-söz erməniyə
satdığını ortaya qoyur. Prinsip də necə olsa yaxşıdır, belə: “Mən etiraf etdim,
qoy onlar da etiraf etsin.”
Əcəb gülməlisən, xaniman xərab.
Bu anda sükutu ilə pul qazananlar da var. Azərbaycanda
özünü müxalifət adlandıran bəzi bəzilər. Ortada milli mənafeyə, milli marağa,
milli ideologiyaya zərbə vuran iyrənc, hətta bədii həllini belə tapmayan mətn, saxta
mənbə, cəllad, uşaq qatili erməninin məsumiyyəti və özünü Azərbaycanlı
adlandıran bəzilərinin yersiz sükutu.
Hər xırda məsələni belə böyüdüb filə döndərən, iki
gündən bir İPə düzülən, toplantı keçirib birgə bəyanat yayan “qəhrəmanlar” indi
niyə susub?! Razıdırlarmı Əkrəm Əylisli ilə?
Bəlkə, Xocalıda vəhşicəsinə qətl edilən 63 uşağın
parçalanmış cəsədini görməyiblər, bəlkə, ailəsinin gözü qarşısında diri-diri
yandırılan insanların bağırtısı duymayıblar?!
Həm görüblər, həm də duyublar, bu tam dəqiqdir.
Bunların fonunda bir dəqiqlik də var, onlar bu sükutları ilə milli kimliklərini
hakimiyyət hərisliyininə, pul ehtirasına, vədlərə satıblar. Həqiqət bundan ibarətdirsə, sükutun pul maşını yaxşı işləyir demək.
Susun, susun! Susmaq bu məqamda sizlərçün həqiqətən
qızıldır.
Sərraf Hüseynov
sbalaxan@gmail.com
Hiç yorum yok:
Yorum Gönder