HƏRƏBƏYLİK
Siyasi
partiyaların birinci şəxsləri atdıqları hər addımda rəhbərlik etdikləri təşkilatın
mövqeyini, məramını və ətrafa olan münasibətini ifadə edirlər. Bu gün ölkəmizdə
özünü müxalifət, hətta bəzən ana müxalifət adlandıran Müsavat və
AXCP
partiyalarının sıravi üzvlərindən tutmuş, birinci şəxsinə qədər atdıqları
addımlar, səsləndirdikləri fikirlər, sərgilədikləri mövqelər onların hələ ki öz
aralarından böyük problemin, anlaşılmazlığın olduğunu təsdiq edir. Sosial şəbəkələrdə
yazılan fikirlər, verilən bəyanatlar, “vahid”in axtarışı prosesi də bundan xəbər
verir.
İndiki rəhbərliyin
olduğu müddətdə bu iki partiyanın əbədi mövqe savaşının, barışmazlığının
davamlı olacağı bəllidir. Bəlli olan bir başqa fakt isə onların bu “ənənə”ni gələcəkdə
də davam etdirmək niyyətinin olmasıdır. Bu səbəbdən hər iki rəhbər
partiyalarının gənclərini də ideya baxımından bir-birinə düşmən ediblər.
Keçirdikləri
bütün aksiyalarda, sosial şəbəkələrdə olan müzakirələrdə Müsavat və AXCP gənclərinin
bir-birindən izolyasiya olunduğu aydın görünür. Hərəsinin öz dəstəsi, hərəsinin
öz şüarı, hərəsinin öz “ərazisi”. Hər kəs öz dəstəsini başına yığıb ona verilən
təlimatı icra etməklə məşğul olur. Səhəri gün isə onların bu şousunu şərh edən
qəzetləri də fərqli məqamları qabardırlar – filan partiyanın gəncləri, filankəsin
başçılığı altında daha fəal oldu - deyə.
Bir müddət
bundan əvvəl aqressivlik o qədər yüksəlmişdi ki, hətta bu gənclər öz rəhbərlərini,
öz “dost”larının təhqirlərindən qorumaq işi ilə məşğul olurdular.
Bütün
bunlar onu göstərir ki, rəhbərləri necədirsə, onların gələcəyini müəyyən edən gəncləri
də elədir. Zaman ötdükcə simalar dəyişsə belə, mahiyyət dəyişməz qalacaq.
Əbədi
“çütlüyün” əbədi “mübarizəsi” davam və “inkişaf” edəcək.
Sərraf Hüseynov
sbalaxan@gmail.com
Hiç yorum yok:
Yorum Gönder