Biz ordumuza dayaq olmalıyıq!!!
"Öz ordusunu yedizdirmək istəməyən xalq tezliklə özgə ordunu yedizdirməyə məcbur olacaq."
Napoleon
Müstəqilliyimizi
bərpa etdikdən sonra ölkəmizin və xalqın qarşılaşdığı problemlər digər
sahələrlə yanaşı, ordumuzun formalaşma prosesini də ləngitmişdir. Lakin Milli
Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra imzalanan
müvəqqəti sülh müqaviləsi Azərbaycanda müxtəlif problemlərlə yanaşı, ordunun formalaşması üçün də imkan yaratdı. Cənab Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müasirləşməsi istiqamətində atdığı addımlar paralel şəkildə ordumuzda da oldu. Azərbaycan ordusu dünyada aparılan sülyaratma əməliyyatlarında iştirak etməklə, antiterror əməliyyatlarına qatılmaqla öz müasirliyini və gücünü təsdiq etdi.
müvəqqəti sülh müqaviləsi Azərbaycanda müxtəlif problemlərlə yanaşı, ordunun formalaşması üçün də imkan yaratdı. Cənab Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müasirləşməsi istiqamətində atdığı addımlar paralel şəkildə ordumuzda da oldu. Azərbaycan ordusu dünyada aparılan sülyaratma əməliyyatlarında iştirak etməklə, antiterror əməliyyatlarına qatılmaqla öz müasirliyini və gücünü təsdiq etdi.
Təbii
ki, ordu da cəmiyyətin bir hissəsidir, cəmiyyətdə, sosial həyatda olduğu kimi
orduda da müxtəlif problemlər olur. Bu problemlər təkcə Azərbaycan ordusunda
deyil bütün dünyanın ən güclü ordularında belə vardır. Çünki, hər bir ordu əsasən müxtəlif psixologiyaya sahib ən çılğın qrup olan gənclərdən təşkil olunmuşdur. Misal
üçün deyim ki, rəsmi məlumatlarda ötən il NATO standartlarına uyğun dünyanın ən
möhtəşəm ordularından olan qardaş Türkiyə ordusunda intihar edən əsgər sayı,
döyüşlərdə həlak olan əsgərlərdən daha çox olmuşdur. (http://wowturkey.com/forum/viewtopic.php?p=2918939)
Bu
mənada bu gün Azərbaycan ordusunda olan və hər birimizi narahat edən əsgərlərin
intiharları, qeyri-müəyyən şəraitdə ölüm halları bizdə də təəssüf doğurur. Bunun
qarşısını almaq və belə halları azaltmaq məqsədi ilə dövlət tərəfindən böyük
işlər görülməkdədir.
Lakin
bəzi hərəkatlar, qara qüvvələr vardır ki, onlar 22 ildir səngərdə olan qəhrəman
Azərbaycan ordusunun nüfuzuna xələl gətirmək üçün bu əsgər ölümlərindən
yararlanırlar. Mən birmənalı olaraq bir gənc kimi, ordumuzu nüfuzdan salmağa
yönələn belə halları qınayıram və o insanları ordumuzda baş verən belə hallara
ictimai qınaq məqsədi ilə daha yaxşı yollar axtarmağa səsləyirəm. Bu ön xətdə
yerləşən hərbi hissələrə təşkil edilən səfərlər, əsgərlərimizlə mütəmadi
görüşlərimiz ola bilər.
Aktiv
döyüş şəraitində xidmət aparan Azərbaycan ordusunu nüfuzdan salmağa yönələn hər
bir hərəkət dövlətə, millətə qarşı yönəlmiş hərəkətdir.
Sərraf Hüseynov
sbalaxan@gmail.com
Hiç yorum yok:
Yorum Gönder