Səni
qoca gördüm…
Siyasi
mübarizələrdə qələbələri əsasən novator düşüncə, alternativ baxış sərgiləyən tərəf
qazanır. Çünki demokratik cəmiyyətin böyük imkanlar verdiyi xalq öz hakimiyyətini
özü formalaşdırır. Burada xalqın, eloktoratın əsas diqqəti aydın missiya, vəzifə
və məqsədlər müəyyən etmiş və bunun üçün mübarizə aparan liderə və onun tərəfdarlarına
yönəlir.
Siyasət
meydanında gənclik çox böyük qüvvədir və
şəffaf ideologiya olan mühitdə hər şeyə
qadirdir. Bunun əyani təsdiqini Heydər Əliyevin yaratdığı Azərbaycançılıq
ideologiyasının ətrafında birləşən yüz minlərlə insanların, xüsusən gənclərin
simasında görmək olar.
QOCAL(MA)
Lakin
biz Azərbaycanda özünü müxalifət adlandıran radikal qüvvələrdə bunun əlamətini
belə görmürük. 20 ildir ki, ölkəmizdə gedən siyasi mübarizədə həmişə məğlub
durumda qalan, bunun səbəblərini təhlil etmək əvəzinə, daha da kor-koranə
addımlar atan bu radikal qüvvələr həm biloloji, həm də mənəvi cəhətdən
qocalıblar. Əslində deyərdim ki, qocalmayıblar, sadəcə onlar elə 20 il bundan əvvəlki
zamanda da qalıblar, zaman onların üzərindən adlayıb keçib.
Bəyanatlar
20 il əvvəlki, şüarlar 20 il əvvəlki, atılan addımlar 20 il əvvəlki, verilən vədlər
20 il əvvəlki və ən nəhayət elə liderlər də 20 il əvvəlkidir. Siyasi mübarizələrdə
bioloji qocalmalar əhəmiyyətli olmasa da, düşüncənin qoca olması məğlubiyyətin
öncəgörünən əlmətidir. Azərbaycan müxalifəti düşüncə və mübarizə metodları
baxımından qocalaraq, ayrı-ayrı şəxslərin ambisiyalarına xidmət edən mexanizmə
çevriliblər. Sanki bu partiyaların bircə missiyası var, o da hər 5 ildən bir sədrin
Prezidentliyə namizədliyini vermək və onu prezident görmək arzusu ilə yaşamaq.
Şərt də budur ki, “Mən Prezident olana qədər, heç bir gənc sədrlik xülyasına
düşməməlidir!!!”. Elə bu şərtlə 20 ildir özlərinin dediyi kimi “meydanlardadırlar”.
QOCALMANIN
FƏSADLARI
Bu mənzərəyə
baxanda nəticəni aydın müşahidə etmək olur, ölkəmizdə olan bu qüvvələr ətraflarında
olan az miqdarda insanlarla birgə birgə qocalmaq və elə birgə də məhv olmaq
yolunu seçiblər. Bu qüvvələr Azərbaycanda iqtidara qarşı heç vaxt sağlam düşüncəli
müxalifəti formalaşdıra bilməyəcəklər. Çünki orada fəaliyyət göstərən bir qrup
gəncliyin yeni düşüncəsindən yararlanmaq əvəzinə, onları yalnız küçələrdə azsaylı
qrup halında səs-küy salmağa, qanunsuz aksiyalar keçirməyə təhrik edirlər. Bu
20 il öncə istifadə edilən siyasi mübarizə forması idi. Sosial şəbəkələrdə isə
bu gəncliyə verilən özəl və bəlkə özlərinin müqəddəs hesab etdikləri bir görəv
var: bir-birinin liderlərini tənqid etmək, onun fəaliyyətinə gülmək və hətta təhqirlər
səsləndirmək.
Mənə elə
gəlir, Azərbaycanda sağlam düşüncəli müxalifət bu insanlar bioloji ömürlərini
başa vurandan sonra yaranacaqdır. Belə bir müxalifətə həm cəmiyyətin, həm də
iqtidarın ehtiyacı var. Çünki ən böyük nəticələr sağlam mübarizələrdə
qazanılır.
Bu gün əksər
Azərbaycan gəncliyi özünü Milli Lider Heydər Əliyevin yaratdığı Azərbaycançılıq
ideologiyasında tapır, öz missiyasının da Azərbaycan dövlətinə, millətinə xidmətdən
ibarət olduğunu dərindən dərk edir!
Sərraf Hüseynov
sbalaxan@gmail.com
Hiç yorum yok:
Yorum Gönder