YADIMA DÜŞÜRSƏN
Yadıma düşürsən-
Ömrün bu çağında, bu vədəsində,
Tələbə dostların əhatəsində,
Mənimçün hər zaman cilov gəmirən
Xamgir imtahanlar məngənəsində,
Dan üzü gördüyüm yuxular kimi.
Yadıma düşürsən-
Qapısın döydüyüm qərinələrin,
Sirri açılmamış dəfinələrin,
Od-alova təşnə pərvanələrin
Məndə yaratdığı duyğular kimi.
Yadıma düşürsən, düşürsən ki Sən,
Hopduram çiçəyə-gülə sevgimi,
Gözəllər qoxlaya bilə sevgimi,
Bülbüllər gətirə dilə sevgimi.
Düşəm ağızlara,düşəm dillərə,
Bu da bir yük ola çiyinlərimə,
Sancıla yaxama qayğılar kimi.
İÇİMDƏKİ TANRI
Yağır yağış,
Göyərir əllərin,
Uzanır mənə sarı
İndi daha sakit və arxayın görünür –
İçimdəki Tanrı.
Fatma nənə yer üzünə
Bir əbədi səbətbağı –
Göy qurşağı
Toxuyarsa,
Ən uzun yollar da beləcə
Göyərər,
Uzanar
Addım səslərinə,
Sonunda gözləyən varsa.
Sərraf Balaxan
sbalaxan@gmail.com
Hiç yorum yok:
Yorum Gönder