19 Aralık 2012 Çarşamba

ASILIB ÜRƏYİM PƏNCƏRƏNİZDƏN


ASILIB ÜRƏYİM PƏNCƏRƏNİZDƏN

Bu gecə mənimçün Tanrı payıdır,
Ulduz gözü bağlı, ay gözü bağlı.
İndi çox evlərin pəncərəsinin

Dilləri bal kimi, dilləri yağlı.
Bircə sizin evdir xəyala dalan,
Sükut pəncərəli, sükut otaqlı...
Hörümçək torundan asılan kimi –
Asılıb ürəyim pəncərənizdən.

O otağı mən özümə geymişəm,
Yaxasının düymələri tanışdı.
Divarları baxmasa da üzümə,
Xalısının ilmələri tanışdı.
Qönçə baxışları bu gün nədəndi
Bu gecənin zülmətinə qarışdı?
Pərdəsi üzündən asılan kimi –
Asılıb ürəyim pəncərənizdən.

O evin həyəti-bacası tanış,
Baxışlar dolaşır həndəvərində.
O işıq gözümə düşəndən bəri
Çəkilib yuxusu nəğmələrin də.
İndi o həyətin od-ocağının
Alovu qorumdan asılan kimi –
Hörümçək torundan asılan kimi –
Asılıb ürəyim pəncərənizdən.

Sərraf Balaxan
sbalaxan@gmail.com

Hiç yorum yok:

Yorum Gönder