İslam dini və
təhtəlşüur
Bütün
dünyaya yayılan bir milyarddan çox insanın ictimai həyatının, milli
ənənələrinin, tarixi talelərinin müxtəlif səviyyələrdə olmasına və əsaslı
fərqlərinə baxmayaraq, və çox əsrlik qarşılıqlı təsir prosesi nəticəsində islam
dininin orbitinə daxil olaraq müsəlman dünyası adlı bir anlayışı
formalaşdırıblar. Məlumdur ki, bu dünyaya daxil olan hər bir insanın öz
dünyagörüşü, həyat tərzi, mənəvi norma və idealları, psixologiyası və
özünəməxsus davranış modelləri var.
İlk
baxışdan müsəlman dünyasının yaşadığı ərazilərin də relyef baxımından böyük
fərqləri var. Cənub Şərqi Asiya, Şimali
Afrika - səhra, Qafqaz - dağlıq, Orta Asiya –yarımsəhra. Təbii ki, hər
bir relyef forması müxtəlif
psixologiyalı insanlar formalaşdırır.
Bəs
Ərəbistanda yaranan dinin belə geniş və fərqli ərazilərdə , tamamilə fərqli
xalqlar arasında sürətlə yayılmasının səbəbi nədir? Niyə islam dinini
milliyyətindən asılı olmayaraq qəbul edənlərin sayı hər an
artır?
Bu
suallara müxtəlif cavablar verilir: ”Çünki islam ən gözəl dindir; İslam əsil
insanlığın dinidir; İslam yaşam, sağlamlıq, xoş niyyətlər, əminamanlıq
dinidir”. Bu deyilənlər danılmaz
müqəddəs həqiqətlərdir.
Lakin
belə cavablar səbəbi tam göstərməyə bas etmir. Ən tutarlı səbəb isə
tamamilə başqadır. Bu insan psixologiyasının incəliklərindən doğan bir
məsələ olub, birbaşa insanın təhtəlşüuruna əsaslanır.
Psixoanaliz problemini ciddi şəkildə araşdıran Ziqmund Freyd
qeyd edir ki, insanları bütün hallarda şüurlarından çox altşüurları idarə
edir. Altşüur bir növ insanların beynində daşlaşmış
olan kodların nizamlı toplanmasıdır. Bu
kodlu informasiyalar toplusu şüurun köklərini qidalandırır. Onlara lazım
gələrsə öz diktəsini edir. Şüurun xarici
qıcığa cavab reaksiyasını formalaşdırır. Bu həm fərdi (Z.Freyd), həm də
kollektiv (K.Yunq) səviyyədə olur.
Ümumilikdə
İslam etiqadın etnik mənşədən asılı
olmadığını elan edərək , hamı üçün vahid olan, hamı üçün mümkün olan baxışlar
sistemi işləyib hazırlayıb. Bu səbəbdən də məsələyə ümumi şəkildə yanaşa bilərik . İnsan həyatda həmişə altşüurunda olan istiqamətə
doğru yönəlir. İmkan düşən kimi dərhal
altşüurdan gələn siqnalı əməli işə çevirir və ya əsil mahiyyətini ortaya qoyur.
İslam
dininin əsası olan müqəddəs Qurani-Kərimdə insan psixologiyasının bu incəliyi
çox gözəl nəzərə alınıb. Aşağıda bunu aydın
şəkildə görə bilərik. Hər bir insanın altşüurunda digərləri ilə hər
cəhətdən bərabər olmaq istəyi var. İnsan
bu bərabərlik şəraitində yalnız
özü-özü üçün məsuliyyət daşıyar. Belə
istək insana qan yaddaşıyla
ötürülüb. Çünki ibtidai icmada
bərabərhüquqluluq mövcud olub İslam dinin də bu
bərabərliyi təbliğ edir.
Əl-Ənam surəsi
164-cü ayə: «Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar
başqasının günahını daşımaz».
Əh-Nisa surəsi
25-i ayə: «Hamımız bir-birinizdənsiniz».
Ali-İmran surəsi
195-ci ayə: «Mən heç birinizin əməlini
puça çıxarmaram. Siz
bir-birinizdənsiniz».
İnsanın
altşüurunda hər an ona qovuşmağa cəhd etdiyi bir ideal var. Azadlıq. İnsan
həyatını azad, öz istədiyi kimi yaşamaq
istəyir. İslam dini bu istəyin qarşısına heç bir sədd çəkmir. Əksinə azadlığa tərəfdar olub könüllük prinsipini ortaya qoyur. İnsana
yaxşı və pis həyat yolu və bu yolların
son ucu göstərilir. Könüllü seçim
ixtiyarı insana həvalə olunur.
Əl-Bəqərə surəsi
256-cı ayə: «Dində məcburiyyət, yoxdur. Artıq doğruluqn azlıqdan ayırd edildi.
Hər kəs Taqutu inkar edib Allaha
iman gətirərsə, o artıq Ən möhkəm bir
ipdən yapışmış olur”.
Əl-Bəqərə surəsi
272-ci ayə: «İnsanları doğru yola yönəltmək sənin borcun deyil. (Sənin vəzifən
ancaq onları haqq yola dəvət etməkdir)».
Göründüyü kimi
İslam dini zor işlətməyin əleyhinədir. Könüllülüyün tərəfdarı olub insan
psixologiyasının dərinliyinə nüfuz edir. Yəni onun istədiyini özünə verir. Ruhun
tələbatlarını ödəyir.
Z.Freyd «Bir
illüziyanın gələcəyi» əsərində qeyd edir ki, hər insanın altşüurunda öz ruhunu
doydurmaq üçün digər insanlarla əlaqə instinkti var. İnsan daim başqalarıyla
əlaqədə olmaq istəyindədir. Bu tarixi
kollektivçilikdən, gələn daşlaşmış yaddaşdır.
İslam dini də
həmişə bu əlaqənin tərəfdarı olub.
Ən-Nisa surəsi
1-ci ayə: «Bir-birinizdən, istədiyiniz Allahdan, həmçinin qohumluq
əlaqələrini kəsməkdən həzər edin».
Frommun
«Psixoanaliz və din əsərində qeyd olunur
ki, hər bir insanın altşüurunda müəyyən məqsədlərə çatmaq üçün nəyisə etmək, lakin bunun qarşılığında cəzalanmamaq, günaha batmamaq istəyi var. Bu günahsızlıq
arzusudur. İslam dinində isə günahlardan asan yolla təmizlənmə və günahsızlığa
qovuşmaq ümidi var.
Ən-Nisa surəsi
110-cu ayə: Hər kəs pis iş gördükdən və özünə zülm etdikdən sonra Allahdan
bağışlamağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər».
Əl-Maidə 39-cu
ayə: «Lakin hər kəs gördüyü hazır işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.
Hər bir insanın
altşüurunda özünün «cənnətdən qovulmuş» obrazı var. Həmin məkan
əziyyətsiz yaşayış yeridir. Z.Freyd qeyd edir ki, insanın ruhunda birmənalı olaraq əməyə məhəbbət yoxdur. Yəni insan, belə demək
olarsa, əziyyətsiz yaşayış, cənnət
arzusundadır. İslam dinində insanın ayrıldığı o məkana yenidən dönməyin yolları
var, hər müsəlman öz əməllərilə ora yetişə bilər. İslam insan ruhunun
ehtiyaclarının dinidir.
Əl-Maidə surəsi
65-ci ayə: Əgər kitab əhli iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz
ki, onların günahlarının üstünü örtər və
özlərini də Nəim cənnətinə daxil edərik.
Bütün bunlardan
tam aydın olur ki, İslam dini birbaşa insan ruhunun, onun
təhtəlşüurunun qidasıdır. Elə islamın
insanları arasında sürətlə yayılmasının ən böyük səbəbi də budur. Ruhun rahatlığı
haradadırsa, şüurun da istiqaməti
orayadır. Başqa sözlə desək, fiziki
hökmranlıq deyil, islam dininin mədəni qüdrəti, ruhun ehtiyacı olması, onun
təbiətinə xas olan mürəkkəb universalizm
bu dinin dünyada geniş yayılmasının ən
tutarlı səbəbidir.
Sərraf
Balaxan
sbalaxan@gmail.com
Salam hörmətli Sərraf müəllim. Öncəliklə əziyyət çəkib, enerji sərf edib bu qədər məqalə yazıb və biz gəncləri maarifləndirməyə, aydınlatmağa çalışdığınız üçün təşəkkür edirəm. İzn verərsinizsə ,yazdıqlarınıza öz fikrimi bildirməyə şad olaram. Məqalə dar çərçivədə yazılsa da, geniş müzakirəyə açıq qoyulmuş və qolları azad buraxılmış bir məqalədir, hansı ki o qollar (hamısını qeyd edəcəm) insanları şübhələndirmək və sizin deyiminizlə psixoloji problemlərə gətirib çıxara biləcək qollardır.
YanıtlaSilİlk iki abzasınıza ümumi rəy verəsi olsam, ilk öncə qeyd etməliyəm ki ön mühakiməsiz oxuyun zəhmət olmasa. Deməli belə... məqalənizdə hədsiz söz oyunu var və öz yazdıqlarınıza sadəcə özünüz inanırmışsınız kimi bir üslub havası var. Jarqon olaraq ifadə etsək "fikrinizi yeritmək istəyi" görürəm bu yazılarda. Təbii ki doğru deyirsiniz, dünyaya gələn hər bir insanın öz idealları, məqsədləri və.s var. Ancaq unutmaq olmaz ki, bir ailədə doğulan uşaq özünüdərk yaşına çatdığı zaman, ətrafındakı toplum modeli (valideyn və digərləri) hansı əxlaqı yaşayırsa, həmin əxlaq modelini mənimsəyir və onu yaşamağa başlayır. Doğru əxlaq isə insanın "mən kiməm?" , "mən dünyada nə dirəm?" , və "mənim məqsədim nədir?" suallarını verdikdən sonra tapılan cavablara görə müəəyyənləşir. Yəni sizin dediyin ideallar, məqsədlər də bu sualların verilib verilməməsindən asılı olaraq müsbət və mənfi formada biruzə çıxır. Bir də ikinci abzasda məkan-xarakter eyniləşməsi etmisiz, bu ateist "elm" adamı J.B.Lamarkın təsirindən sonra meydana çıxmış bir hipotezdir ki, heç bir elmi əsası yoxdur. Qeyd edim ki, o da Ç.Darvinin yandaşıdır. İnsan əxlaqına məkanın, relyefin heç bir təsiri yoxdur və bu iddia materialist dünyagörüşünün məhsuludur. Bununla bağlı istənilən elmi müzakirəyə hazıram, sadəcə vaxt məhdudiyyətindən dolayı buraları yazı ilə doldurmuram.
Gələk son abzasdan əvvəlki yazılarınıza, hansı ki altşüur, Z.Freyd və.s İslam dinin geniş arealda yayılmasının səbəbini özünüz qeyd etmisiniz (qəbul etməsəniz də) . İslam dini həqiqətən də ən gözəl dindir. İslam tarixi haqqında biraz daha çox araşdırın, yanlış anlamayın, demirəm gedin kimlərinsə kitabına ilişin və yaxud kimlərinsə fikrini rəhbər tutun. Səmimi və vicdanlı şəkildə araşdırın sadəcə. (ARDI VAR)
Peyğəmbərimiz (s.a.v) tərəfindən İslam anladıldığı zaman onun başına nələrin gəldiyi, hansı zülmlərə məruz qaldığı yüzlərlə tarixşünasın əsərlərində qeyd olunub. Quranda bildirilən, Allahın sözlərini oxuyanda insanlara gözəl təsir edirdi, bəli, razıyam. Çünki insan ruhu gözəllikdən həzz alacaq şəkildə yaradılıb. İnsanın nəfsi və vicdanı olduğu kimi, bu sözləri nəfsi və vicdanı ilə qəbul edən insanlar da tarixən olmuşdur. Ağıllı analiz etdiyimiz zaman ortaya çıxan nəticələrin insanın tüklərini ürpətməməsi mümkün deyil. Baxın, sizə Quranın elmi, riyazi, kvant, biologiya , astronomiya, tarixi və.s ilaxır möcüzələri faktdır. Bunları eşitmisiz, "əşşi" deyib keçə bilərsiniz, hansı ki bunlara da öz-özlüyünüzdə məntiqi (nəfsi) cavablarınız vardır hər halda. Ancaq, Quran, insana bu dünyada necə yaşamağımız gərəkdiyini öyrədən reseptdir, necə ki aptekdən alınan dərmanı reseptsiz qəbul etmək olmaz, eləcə də dünyada Quransız, sağlam yaşamaq olmaz. Bütün həyatəna Quranı rəhbər edən bir insan, ən modern, ən əxlaqlı, ən savadlı, estetik zövqü olan, musiqi zövqü olan, halaldan və haramdan çəkindiyi üçün öz eqoist ehtiraslarının köləsi olmuş digər insanlardan fərqlənən bir əxalqi modelə sahib olan və daim yaxşılığı əmr edib pisliklərdən çəkindirən, vətənə, millətə ən xeyirli insan olar. Əks halda modernizm sonrası Avropanı misal göstərirəm. (müzakirə edə bilərik)... Qalıd ki İslam dünyaya çox şey qazandırdı və qazandıracaq, çünki bu Allahın vədidir. Min il bundan əvvəl qərb dünyası qaranlıqla örtülmüşkən, İslam qızıl dövrünü yaşayırdı. London bərbər bir bataqlıq ikən Müsəlman Kordobanın küçələri parıldayırdı, Yorkdan Vyanaya qədər planlı qətliamlar yaşanan zaman (Əndəlüs idarəsi zamanı) Toledoda dini tolerantlıq var idi. Avropa ronesansının baxıcıları ərəblər olub. Onların təsiri - nə qədər özgə kimi görünsə də - daim avropalılarla birlikdə olmuşdur, gah bir fincan qəhvə ilə, gah da kompyuter proqramlarındakı alqoritmlərlə. Başa düşürsünüzmü ? :) (ardı var)
YanıtlaSilZ. Freydə gəldikdə isə , onun psixoanalizini bəyənirəm, taktiki olaraq yaxşı yazılmış bir kitabdır. Ancaq, qəbul etməlisiniz ki bu kitab üzərində 30%-70% nisbətində, uyğun olaraq mənfi-müsbət rəylər var. Çünki bu psixoloq ruhu inkar edir. İnsanın sadəcə ətdən ibarət olduğunu müdafiə edir və bataqlığın içinə atır özünü. Təbii ki o dövrün elm anlayışına görə, başa düşmək olar Freydi. :))) Dırnaqarası psixiatr Ziqmund Freyd ruhun varlığını inkar edən, insanın bütün mənəvi dünyasını cinsi və oxşar dünyəvi impulslarla izah etməyə çalışan psixologiya nəzəriyyəsini ortaya atıb. Ən böyük hücumu isə dinə qarşı olub. (sizin də başdan axıra kimi bundan fakt gətirməyinizə təəccüblənmədim). 1927-ci də nəşr olunan sizin də qeyd etdiyiniz The Future of an Illusion adlı kitabında dini inancın bir növ ağıl xəstəliyi (nevroz) olduğunu irəli sürüb və bəşəriyyətin inkişaf etməsi ilə birlikdə dini inancların tamamilə ortadan qalxacağını iddia edib. Freyddən sonra da psixologiya elmi ateist təməldə inkişaf etməyə başlayıb. Ancaq psixoloqların çoxunun içinə düşdüyü bu böyük aldanışın özlərinin apardıqları psixoloji araşdırmalar sayəsində yalan olduğu üzə çıxıb təbii ki. Əvvəlcə freydizmin əsas fərziyyələrinin heç bir elmi dayağının olmadığı ortaya çıxdı. Amerikalı yazıçı Patrik Qlinnin sözü ilə desəm, " XX əsrin sonunda müasir psixologiya dinlə yenidən tanış olmağa başladı və insanın zehni həyatı haqqındakı sekulyar dünyagörüşünün həm nəzəri, həm də praktik səviyyədə çökdüyü ortaya çıxdı". Higgs-Bosson elmi tapıntısı, qalaktikalar nəzəriyyəsi və.s kimi elm sahələrindən biraz maraqlanın zəhmət olmasa. Dövrün ən güclü astrofizikaçısı S. Havkinq belə kitabının adını "Böyük Dizayn" qoyub və ruhu danılmaz bir fakt kimi qeyd edib. Əgər ortada bir mexanizm varsa, onu işə salan bir xarici qüvvə var deməkdir. O xarici qüvvə də ümumi bir mərkəzdən idarə olunur deməkdir. Mən maddələşdirərək izah edirəm (Allahı tənzih edirəm) , ona görə də üslub səhvi ola bilər. Allah isə kainatı və bununla bərabər zamanı və məkanı yaradıb. Beləliklə, insanı da eynilə Quranda dediyi kimi yaradıb. Əksi mümkün olmayan elmi bir faktdır bu, əgər qəbul etmirsinizsə canlı həyatının başlanğıcını, ya da ən primitivini deyim... bir zülalın ilk dfə necə meydana çıxdığını izah edin ? Peptid rabitələrini izah edin ? Hipnozu izah edin ? İnsan təsadüfən yarana bilməyəcəyinə görə bir Yaradıcısı vardır. Sonsuz kainat modelini dəstəkləyirsinizsə də sizə Termodinamikanın ikinci qanunu olan "entropiya" haqqında bilgi toplamağınızı məsləhət görürəm. Allah vardır, və Quranı bizim üçün Rəsulallaha (a.s) endirmişdir. Bunun əksini iddia edənlər tarixən olmuşdur və müəyyən bir vaxta qədər də olacaqdır. Boşuna bir arayış içinə girən ...izm müdafiəçiləri, gərək çox dərin düşünsünlər. Çünki Allah Quranda dərin düşünməyə sövq edir insanları.
YanıtlaSilYazdıqlarımı şəxsinizə ittiham kimi qəbul etməyin, fikrə sadəcə fikir qarşı qoya bilər, şəxs deyil. Sizə bu qədər antitezis yazmağımın da səbəbi sizin axirətinizi düşünməyimdən irəli gəlir. Allah hidayət versin. TƏŞƏKKÜRLƏR !
Ayhan Rahimli, fikirləriniz üçün dərin təşəkkür edirəm. Bir çox məlumatlar qazandım.
YanıtlaSilAmma mənim olacaq bəzi şeylər üçün xüsusən də mənim axirətim üçün səni narahat olmamağa çağırıram. :)
Sərraf Balaxan